İlham Əliyev: “Azərbaycan və Əfqanıstan dost və tərəfdaş ölkələrdir”
1-12-2017, 15:22
Oxunub: 2 849
"Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir
Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır".
Bolgexeber.com-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Əfqanıstan dost və tərəfdaş ölkələrdir.
"Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm", - deyə prezident İlham Əliyev bildirib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər