BolgeXeber.Com » İqtisadiyyat » Bütün hərraclar elektronlaşdırıldı

Bütün hərraclar elektronlaşdırıldı

5-12-2017, 11:11
Oxunub: 2 530 Bütün hərraclar elektronlaşdırıldıƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir innovativ layihə reallaşıb

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən bütün hərraclar tam elektronlaşdırılıb

Bu barədə Bolgexeber.com-a Komitədən məlumat verilib.

Bu məqsədlə dekabrın 6-da “Dövlət əmlakının özəlləşdirilməsində elektron hərracların tətbiqi: rasionallıq və şəffaflıq” mövzusunda İctimai Təqdimat keçiriləcək. Tədbirdə “Dövlətə məxsus əmlakların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olacaq və bu proses əyani nümayiş etdiriləcək.

Bu layihənin reallaşdırılması nəticəsində bütün növ dövlət əmlaklarını bir virtual məkandan Elektron Hərrac vasitəsilə özəlləşdirmək mümkün olacaq.