BolgeXeber.Com » İqtisadiyyat » Maskın 100 km-lik tuneli - XƏRİTƏ

Maskın 100 km-lik tuneli - XƏRİTƏ

5-12-2017, 16:41
Oxunub: 3 212 Maskın 100 km-lik tuneli - XƏRİTƏ“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask (Elon Musk)Los Ancelesdə yaratmağı planlaşdırdığı tunellərin xəritəsini yayıb

İKT.lent.az-ın “ScienceAlert”ə istinadən verdiyi xəbərə görə, iş adamı “Boring Company”nin inşa edəcəyi tunellərin xəritəsini “Twitter”də yerləşdirib.

Xəritədə qırmızı xətlə test buraxılışlarının həyata keçiriləcəyi tunel göstərilib. Göy rənglə isə ümumi istifadə üçün nəzərdə tutulan potensial marşrutlar qeyd olunub. Tunel şəbəkəsinin ümumi uzunluğu 100 km olacaq.

Tunel vasitəsilə öz nəqliyyat vasitəsi olmayan sərnişinlər də hərəkət edəcək və xüsusi kapsuldan yararlanacaqlar.

Yüksək sürətli dəmir yolu sistemi “Hyperloop”da da bu tunellərdən istifadə olunacaq. Sürət saatda 1125 km təşkil edəcək.