BolgeXeber.Com » Gündəm » İlham Əliyev 2 naziri işdən çıxartdı - Yeni təyinat

İlham Əliyev 2 naziri işdən çıxartdı - Yeni təyinat

5-12-2017, 17:04
Oxunub: 2 205 İlham Əliyev 2 naziri işdən çıxartdı - Yeni təyinatAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı

Bolgexeber.com AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin".


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:



Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin".