BolgeXeber.Com » Bölgə » Füzuliyə iş adamları tərəfindən 10 milyon manatdan çox investisiya qoyulub

Füzuliyə iş adamları tərəfindən 10 milyon manatdan çox investisiya qoyulub

8-12-2017, 14:45
Oxunub: 3 642 Füzuliyə iş adamları tərəfindən 10 milyon manatdan çox investisiya qoyulubPrezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır

Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində iş adamlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, yeni iş yerləri yaradaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır. Rayonda sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Təkcə 2017-ci ilin 11 ayı ərzində iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Füzuli rayonuna 10 milyon manatdan artıq investisiya qoyulmuş, kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılmışdır. Hesabat dövründə iş adamları tərəfindən rayonda 2700 ha ərazidə Aqropark yaradılmış, 4 iri taxılçılıq təsərrüfatı, həmçinin böyük toxumçuluq təsərrüfatı, 10 ha ərazidə istixana kompleksi yaradılmış, kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilmişdir. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açıb, sahibkarlıq fəaliyyətlərini genişləndiriblər.
Füzuli rayonunda həyatın bütün sahələrində qazanılan uğurlar, əldə edilən nailiyyətlər cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzilililərin dövlətimizin qüdrətinə, Cənab İlham Əliyevə olan inamından irəli gəlir.
Bolgexeber.com