Vahid Əhmədov: “Hansısa oliqarxın rayonlara ”krışa"lıq etməsi düzgün deyil"
8-12-2017, 15:54
Oxunub: 4 257
"Ona görə də hansısa oliqarxın rayonlara “krışa”lıq etməsi düzgün deyil"
Milli Məclisin deputatı, İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə müsahibə verib
Bolgexeber.com-un məlumatına görə, bir çox məsələlərə aydınlığın gətirildiyi müsahibədə V.Əhmədov rayonlardakı icra başçılarının fəaliyyətinə də münasibət bildirib.
Belə ki, müxbirin “Adətən Qubanın sabiq nazir Ziya Məmmədovun təsir dairəsində olduğu deyilirdi, indi kimin nəzarəti altındadır” sualına cavab verərkən millət vəkili deyib: “Elə bir fikir yoxdur. Ümumiyyətlə, buna ehtiyac da yoxdur. Son vaxtlar icra başçıları faktiki olaraq özləri fəaliyyət göstərirlər, Prezident Administrasiyası, onun regionlar şöbəsi ilə çox ciddi əlaqələri olur. Regionlar şöbəsinin rəhbəri cənab Zeynal Nağdəliyev mütəmadi olaraq icra başçıları ilə görüşür, onlara köməklik göstərir, o cümlədən Administrasiya rəhbəri Ramiz Mehdiyev. Ona görə də hansısa oliqarxın rayonlara “krışa”lıq etməsi düzgün deyil. Çünki təyin olunan icra başçısı sərbəst olmalıdır və rayonun iqtisadi-siyasi məsələlərinə də cavab verməlidir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər