BolgeXeber.Com » Bölgə » Hacıqabulda “Qarabağın Aprel zəfəri” adlı tədbir keçirildi-FOTO

Hacıqabulda “Qarabağın Aprel zəfəri” adlı tədbir keçirildi-FOTO

8-12-2017, 16:26
Oxunub: 3 887 Hacıqabulda “Qarabağın Aprel zəfəri” adlı tədbir keçirildi-FOTO07.12.2017-ci il tarixində Heydər Əliyev Mərkəzində “Qarabağın Aprel zəfəri” adlı müharibə veteranları ilə gəclərin görüşü keçirildi

Tədbiri giriş sözü ilə Hacıqabul İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini E.Şıxaliyev açdı, Aprel döyüşləri barədə geniş məruzə ilə çıxış etdi.Sonra rayon Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov, Qarabağ qaziləri ictimai birliyinin Hacıqabul rayon şöbəsinin sədri İntiqam Abdulov, həmyerlimiz, Aprel döyüşlərinin fəal iştirakçısı, “N” saylı hərbi hissənin döyüş maşın komandiri-gizir, “Azərbaycan bayrağı” ordenli Tahir Misirxanov, Fəxrimiz, Aprel döyüşlərinin iştirakçısı, “Şücayətə görə” medalı ilə təltif olunmuş Rizvan Qarayev və rayon ziyalısı, qocaman müəllim, Qarabağ müharibəsi, veteranlar və şəhidlər haqqında bir çox məqalələrin müəllifi Mübariz Xəlilov çıxış etdilər. Tədbirin sonunda Aprel döyüşlərinə həsr olunan videoçarxa tamaşa edildi.

Bolgexeber.com