BolgeXeber.Com » Siyasət » Bir qrup sahibkar Prezident Admnistrasiyasına yürüşə hazırlaşır

Bir qrup sahibkar Prezident Admnistrasiyasına yürüşə hazırlaşır

17-02-2011, 02:25
Oxunub: 6 310
Sahibkarlar Qaradağ Rayon İcra başcısı Süleyman Mikayılovun qanunsuz əməllərinə etiraz əlaməti olaraq bu addımı atırlar

Ölkədə korrupsiyanın qarşısının alındığı , sahibkarlara şərait yaradıldığı bir vaxtda bir neçə sahibkar “Cakır” ləqəbi ilə tanınan Süleyman Mikayılovdan prezidentə şikayətə etmək fikrindədirər. 15-ə yaxın sahibkarın iddiasına görə Qaradağ Rayon İcra hakimmiyətinin başçısı Süleyman Mikayılov onları aylıq “tasa” otuzdurub.

Sahibkarlardan biri, Ağayev Kənanın Bolgexeber.com-a verdiyi məlumata görə artıq Qaradağ rayonunda sahibkarlıqdan danışmağa dəyməz. “Cünkü İcra başcısı bizə elə bir rəqəm “oxuyub” ki, bu birbaşa nəinki sahibkarlığa, yaşamağa son deməkdir.” Onun sözlərinə görə Süleyman Mikayılovon qanunsuz əməllərindən, yersiz istəklərindən bezən bir qrup sahibkar ailələri ilə birlikdə Prezident Admnistirasiyasına yürüş etmək qərarındadırlar.

Onun sözlərinə görə “Cakırın” əməllərindən əziyyət cəkən Səfərov Arzu Təvəkkül oğlu, Hüseynov Rövşən Mustafa oğlu, Məmmədov Akif Məhərrəm oğlu, Həşimov İlham Şükür oğlu, Amanov Əzizağa İmranoğlu, İbrahimov Kərəm Cabbar oğlu artıq sahibkarlıqdan əllərini üzüblər. “Onlara kömək etsə ancaq prezident edə bilər” deyə sahibkarlar son ümidi ancaq bu addımda görürlər.