BolgeXeber.Com » Ölkə » Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir? - Meriyadan AÇIQLAMA

Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir? - Meriyadan AÇIQLAMA

11-12-2017, 17:19
Oxunub: 2 812  Metro çıxışlarında qurulan çadır yarmarkalar kimindir? - Meriyadan AÇIQLAMAYeni il münasibətilə metronun “Neftçilər”, “Koroğlu”, “Gənclik”, “İnşaatçılar, “Nəriman Nərimanov”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarının yaxınlığında bayram çadırları qurulub

Bu barədə Modern.az-a məlumat verən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin rəhbəri Əliabbas Bağırov deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə metro stansiyalarının giriş-çıxışına yaxın 10-a qədər ərazidə çadırlar qurulub:
“Bayram çadırlarının sayının artırılması nəzərdə tutulub. Çadırlarda bayram üçün ləvazimatlar, oyuncaqlar, suvenirlər, şam ağacları və s. satılır. Yarmarka 2018-ci il yanvarın 1-də qədər davam edəcək. 4 yanvarda çadırlar söküləcək”.
Qurum rəsmisi bildirib ki, digər yerlərə nisbətən bayram yarmarkalarında satılan mallar alıcılar üçün əlverişli qiymətə təklif edilir:
“Bizim də əsas məqsədimiz vətəndaşların məmnunluğudur. Həm qiymətlər münasibdir, həm də insanlar istədiyi bir çox çeşiddə malı eyni yerdən ala bilir. Çalışırıq ki, küçələrdə, vətəndaşların gediş-gəlişinə mane olacaq yerlərdə satışlar təşkil edilməsin”.
Ə.Bağırov bildirib ki, yarmarkaların təşkil edilməsi iki ildir davam edir:
“Bu müddət ərzində əhalinin narazılığını eşitməmişik. Əksinə, həm qiymətlərdən, həm də metro stansiyalarına yaxın yerlərdə olduğu üçün yerlərdən razılıq edirlər. Bu il bayram çadırlarının qurulması məhz vətəndaşların ötən ilki münasibətinə görədir”.