loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu KİV-lərin fəaliyyəti 2 aylıq dayandırıla bilər - Dəyişiklik

Bu KİV-lərin fəaliyyəti 2 aylıq dayandırıla bilər - Dəyişiklik"Son zamanlar Milli Məclisdə "Kütləvi İnformasiya vasitələri haqqında”qanunvericilik bazası daha da təkmilləşdirilir. Vaxtaşırı müəyyən qanunların müzakirələri gündəmə gəlir və bəzi əlavələr, dəyişikliklər edilir. Artıq "onlayn” media və digər KİV-lərlə bağlı qanunvericilkdə müəyyən işlər görülür”.
Bolgexeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, "Kütləvi informasiya vasitələri haqqında” qanunun 19-cu maddəsinə ediləcək dəyişiklik kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması və ya ona xitam verilməsi qaydası ilə bağlıdır.

"Dəyişikliyə görə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırıla bilər”.

Ə.Amaşov qeyd edib ki, qanuna əlavənin edilməsi daha çox reketyönlü mətbuat vasitələri ilə bağlıdır.

"Əlbəttə ki, ciddi mətbuat vasitələri qanunu pozmurlar. Əgər "KİV haqqında” qanuna zidd adımlar atan zaman da bunu anlayırlar və bir daha təkrar etmirlər. Amma çox təəssüflər olsun ki, Azərbaycanda bir qrup reketyönlü mətbuat vasitəsi var. Onların da məqsədi cəmiyyəti məlumatlandırmaq, əyləndirmək, bilgi vermək deyil, şəxsi mənafeyləri üçün insanlara böhtan atmaq, qorxutmaqdır. Bunların müqabilində isə insanlardan nəyisə qopartmaqdır.

Bu sayaq "media vasitələri”nin sayı çoxdur. Mətbuat Şurası da mütəmadi olaraq bu məsələləri diqqətdə saxlayır. Həmin medai vasitələrini qara siyahıya salır. Onlar üçün 1-2 dəfə qanun pozuntusunun heç bir əhəmiyyəti yoxdur. Belə qanun pozuntularından isə ən çox zərər çəkən ölkə vətəndaşları olur. Ölkə vətəndaşlarının şəxsi həyatına müdaxilə olunur, şərəf və ləyaqətləri alçaldılır. Ən əsası isə həmən mətbuat vasitələri öz məqsədlərinə çatmaq üçün insanların üzərinə böhtanlar atır, yanlış informasiyalar yayırlar. Belə olan halda isə kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması məsələsi gündəmə gəlir”.

Deputat bildirib ki, "Kütləvi İnformasiya vasitələri haqqında” qanuna edilən dəyişikliklər ölkə vətəndaşlarını "mətbuat vasitələri”ndən qorumaq məqsədi daşıyır.

"Qanuna ediləcək dəyişiklikdə mətbu nəşrin fəaliyyətinin tam dayandırılmasından söhbət getmir. Burada söhbət iki ay müddətindən gedir. Bu müddət ərzində "Kütləvi İnformasiya vasitələri haqqında” qanuna əməl edənlər öz fəaliyyətlərini davam etdirə biləcəklər. Əgər kimlərsə nəticə çıxarmasa, həmin mətbu nəşrin fəaliyyəti tam dayandırılacaq. Qanuna ediləcək dəyişiklik də əsas məqsəd jurnalist məsuliyyətinin daha da möhkəmlənməsi, cəmiyyət-jurnalistika münasibətlərinin daha da genişləndirilməsidir”.

Qeyd edək ki, Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik müzakirə ediləcək.
Bölmə: Media | 12 dekabr 2017 17:43 | Baxış sayı: 88





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: