BolgeXeber.Com » Xəbərlər » Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər

Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər

13-12-2017, 12:38
Oxunub: 4 621 Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlərBərdə Regional Mədəniyyət və Turizm İdarəsi ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər təşkil edir

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bu şəxsiyyətlər zaman keçsədə böyük işləri və əməlləri ilə daima yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlərdən biri də məhz Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci bir dövlət adamı tapmaq mümkün deyildir. Hətta ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət də adlandırırlar.

Milyonların sevgisinə və rəğbətinə sahib olan ulu öndərin əziz xatirəsi ölkənin hər yerində olduğu kimi Bərdə, o cümlədən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən dərin hörmət və ehtiramla anılır. Bu münasibətlə regional idarənin tabeliyində olan bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilərək ulu öndərin şərəfli həyat yolundan və onun bugünkü müstəqil Azərbaycan Respublikasının banisi olmasasından geniş söz açılıb. Tədbirlərdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edilib. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edilərək, dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərin əsasını qoyduğu bildirib.

Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələri də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər təşkil edib. Bərdə Dövlət Rəsm Qalereyası, Tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi və incəsənət məktəblərində təşkil olunan tədbirlərdə ulu öndərin şərəfli həyat yolundan söz açılıb.

Nümayəndəliyin tabeliyində olan rayon Mədəniyyət Mərkəzi, o cümlədən mərkəzin nəzdində fəaliyyət göstərən klub müəssisələrində də ulu öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib. Belə ki, 1, 4 nömrəli şəhər klubları, 32-lər kənd Mədəniyyət evi, Qaraqoyunlu kənd Mədəniyyət evi, Zümürxan kənd Mədəniyyət evi, Türkmən kənd klubu, Hacallı kənd foklor evi, Uğurbəyli kənd klubu, Soğanverdilər kənd Mədəniyyət evi, Mehdixanlı kənd folklor evi, Mustafaağalı kənd klubu, Qəhrəmanlı kənd Mədəniyyət evi və digər klub müəssisələrinin təşkil etdikləri anım tədbirlərində ulu öndərin həyat və fəaliyyətindən geniş şəkildə söz açılıb. Qeyd olunub ki, dahi şəxsiyyət müasir Azərbaycan Respublikasının banisidir və misilsiz xidmətlərinə görə xalq tərəfindən daima hörmətlə yad edilir.

İdarənin Yevlax, Mingəçevir şəhərlərində, o cümlədən Tərtər rayon nümayəndəliyində də anım tədbirləri keçirilib.

Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Respublikanın “Əməkdar Mədəniyyət İşçisi” Eldəniz Mustafayev açıb və ulu öndərin Azərbaycan xalqının haqq səsini yenidən dünyaya car çəkməsindən, Azərbaycanı bir ölkə kimi, Respublika kimi bəşəriyyətdə tanıtmasından danışıb.

Bundan başqa Yevlax şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan Hacı mahmudlu kənd klubunda Ümumilli Lider Heydər Əlirza oğlu Əliyevin anım gününə həsr edilmiş “Heydər xalq,xalq Heydər” və Yaldili kənd mədəniyyət evində “Qürur mənbəyimiz Heydər Əliyevdir” adlı tədbir təşkil edilib.

İdarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Heydər Əliyev Mərkəzində isə "Ulu Öndər Unudulmaz Şəxsiyyət" mövzusunda dəyirmi masa təşkil olunub. Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi rəhbərə öz hörmət və ehtiramlarını bildiriblər. Daha sonra Mərkəzdə dahi rəhbərin zəngin həyatından və fəaliyyəti dövründən bəhs edən fotolara baxış keçirilərək, Ulu Öndər haqqında film nümayiş etdirilib.

Silsilə tədbirlər adı çəkilməyən digər mədəniyyət müəssisələrində də geniş şəkildə qeyd olunub.
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər
Bərdədə Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər