BolgeXeber.Com » İdman » Region Liqasında iştirak edəcək komandaların sayı və adları bilindi

Region Liqasında iştirak edəcək komandaların sayı və adları bilindi

13-12-2017, 13:29
Oxunub: 3 691 Region Liqasında iştirak edəcək komandaların sayı və adları bilindiMəlum olduğu kimi, sabah ilk dəfə keçiriləcək həvəskar statuslu Region Liqasının püşkatma mərasimi keçiriləcək

Prosport.Az-a daxil olan məlumata görə, 24 komanda (+ final mərhələsində mübarizə aparacaq Naxçıvan Muxtar Respublikasının qalibi - red.) bu yarışda mübarizə aparacaq.

Artıq indidən komandalar zonalara uyğun olaraq A və B qruplarına bölünüb. Sadəcə olaraq sabahkı püşkatmada komandaların oyun təqvimi müəyyənləşdiriləcək. Beləliklə, 3 zona üzrə A və B qruplarlarının tərkibi belədir:


Bakı - Şimal zonası

A qrupu (Bakı zonası): "Tufan" (Bakı), "Şağan", "Şıxlar" (Qobustan), "Ümid" (Bakı)

B qrupu (Şimal zonası): "Şahdağ" (Qusar), "Şahdağ" (Quba), "Səfliyalı" (Şabran), "Uğur" (Sumqayıt)



Mərkəz - Cənub zonası

A qrupu (Mərkəz zonası): "Gənclik" (Sabirabad), "Füzuli", "Kürdəmir", "Neftçala"

B qrupu (Cənub zonası): "Astara", "Yardımlı", "Cəlilabad", Cənub Regional Futbol Federasiyası (Lənkəran)


Şimal-Qərb - Qərb zonası

A qrupu (Şimal-Qərb zonası): "Şəki", "Kürmük" (Qax), "Oğuz", "Şirvan" (Ağdaş)

B qrupu (Qərb zonası): "Göyəzən" (Qazax), "Şəmkir", "Energetik" (Mingəçevir), "Gəncə"


Liqaya dekabrın 16-da start veriləcək. Həmin gün zonalarda A qrupunun oyunları keçiriləcək. Dekabrın 17-də isə B qrupunun oyunları baş tutacaq.

Qeyd edək ki, sabah Sumqayıtdakı püşkatmada ("Kapital Bank Arena") AFFA-nın Region Liqa üçün yaratdığı İşçi Qrupundan Ağasəlim Mircavadovla Böyükağa Hacıyev, Sabirabaddakında (Gənclər Mərkəzinin akt zalı) Vaqif Sadıqovla Şakir Qəribov və Oğuzdakında (Təhsil Şöbəsinin akt zalı) İsgəndər Cavadovla Yusif Vəliyev iştirak edəcək. Hər 3 püşkatma mərasimi saat 12:00-da başlayacaq.