BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan əsilli biznesmen “Çerkizovo”nu 2 milyard dollara satır

Azərbaycan əsilli biznesmen “Çerkizovo”nu 2 milyard dollara satır

13-12-2017, 17:50
Oxunub: 2 821 Azərbaycan əsilli biznesmen “Çerkizovo”nu 2 milyard dollara satırAzərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi “Cerkizovo” şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər.

Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi “Cerkizovo” şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər.
Bu barədə öz mənbələrinə istinadən “Kommersant” qəzeti yazıb.
Bildirilir ki, biznesmen Taylandın “CP Foods” şirkəti və Vadim Moşkoviçə məxsus “Rusaqro” ilə danışıqlar aparır.
“Çerkizovo”nun rəsmisi məlumat təkzib edib.
“CP Foods” isə “Çerkizovo” ilə danışıqların aparılmasına dair şərh vermək istəməsə də, şirkət rəsmisi qeyd edib ki, şaquli inteqrasiyanın qurulmasında maraqlıdır.
“Rusaqro” şirkəti də şərh verməkdən imtina edib.
“Kommersant”ın mənbələri isə iddia edirlər ki, “Çerkizovo”nun sahibləri şirkətlər qrupunu 2 mlrd. dollar civarında qiymətləndirir.
Qeyd edək ki, “Çerkizovo” şirkətlər qrupuna quşçuluq istehsalı üzrə ixtisaslaşmış 8 klaster, 15 donuz ferması, 4 ət emalı müəssisəsi və s. daxildir. 2016-cı ilin sonuna şirkət bazarın 10%-nə nəzarət edib.