BolgeXeber.Com » Dünya » İsrail ordusu "HƏMAS"ın mövqelərini bombalayıb

İsrail ordusu "HƏMAS"ın mövqelərini bombalayıb

14-12-2017, 09:43
Oxunub: 2 238 İsrail ordusu "HƏMAS"ın mövqelərini bombalayıbİsrail hərbçiləri raket atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb

APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Hərbi aviasiya “HƏMAS” hərəkatına məxsus üç obyektə zərbələr endirib.

“Obyektlərdən təlim mərkəzləri və silah-sursat anbarları kimi istifadə olunub”, məlumatda deyilir.

Ötən axşam İsrail hərbçiləri Qəzza zolağından atılan iki raketi vurub, daha bir raket sərhədyanı boş əraziyə düşüb.