loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir - 170 yaşı var - VİDEO

Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir - 170 yaşı var - VİDEOAzərbaycanda 170 ilə yaxın yaşı olan ilk aptek hələ də əhaliyə xidmət edir

O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün 1850-ci ildə ilk aptek yaradılıb. Özü də balıqçı gəmisində.
Xezerxeber.az-ın məlumatına görə, XIX əsrdə yaradılmış ilk aptek indi də öz təyinatı üzrə faəliyyət göstərir.
Sözügedən aptek Neftçalanın Bankə qəsəbəsində yerləşir. Hələ XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. Yerli əhali ilə yanaşı balıq vətəgələrində yüzlərlə İrandan gələn həmişəri, rus, tatar, gürcü muzdlular çalışır. O vaxtlar vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər də görülür. Məhz həmin dövrdə-1850-ci ildə Bankədə, balıqçı gəmisində ilk aptek yaradılır.
O dövrdə qəsəbədə fəhlələr üçün daşdan hörülmüş, taxtadan düzəldilmiş 1-2 mərtəbəli binalar inşa edilib. Artıq kombinatda sıxlıq olduğundan Bankə balıq vətəgəsi xəstəxanası və aptek həmin binaların birində yerləşdirilib.
Azərbaycanda ilk yaradılan aptek əvəllər olduğu kimi bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət gödtərir. Lakin 170 ilə yaxın yaşı olan aptekin yerləşdiyi tarixi binanın əsaslı təmirə ehtiyacı var.
Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bölmə: Bölgə | 14 dekabr 2017 09:58 | Baxış sayı: 115





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: