İlk dəfə robot və jurnalistin birgə materialları dərc edilib
15-12-2017, 09:41
Oxunub: 5 277
Böyük Britaniyada insanın robotla birgə müəllifliyi ilə yazdığı ilk materialların dərcinə başlanılıb
Tərəfdaşlıq ideyası "Urbs" korporasiyası və "Press Association" informasiya agentliyinə məxsusdur. Bolgexeber.com AZƏRTAC-a istinadən bildirir ki, "The Reporters and Data Robots" (RADAR) proqram təminatı hazırda müstəqil mükəmməl mətnlər yaza bilməsə də, məqalələrdəki statistik məlumatların hazırlanması ilə məşğul olur. Belə ki, yeni texnologiyalar vasitəsilə artıq 35 jurnalist robotla birgə müxtəlif tematikalı materiallar (məsələn, tənha anaların hekayəsi, mürəkkəb tibbi əməliyyatlar) hazırlaya bilib.
Jurnalist mətnlərinin yazılmasına yeni yanaşmanın təşəbbüskarları əmindirlər ki, kompüterlər bu işdə faydalı alət olmaqla, yazı hazırlayan insanlara diqqəti mətnin yaradıcılıq tələb edən hissəsinə yönəltməkdə, eləcə də vaxta qənaət etməkdə kömək göstərəcək. Lakin bir sıra Britaniya KİV-ləri robotlarla birgə müəllifliyə keçidə skeptik yanaşırlar. Bəzi jurnalistlərin fikrincə isə, yaxın gələcəkdə robotlar jurnalistikanın bütün incəliklərinə yiyələnərək, real insanları əvəzləyə biləcək. Bundan başqa, onların istirahət günlərinə və əmək haqqına ehtiyacı yoxdur
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər