BolgeXeber.Com » Dünya » Dünyanın ən gülünc məhkəmə qərarı

Dünyanın ən gülünc məhkəmə qərarı

16-12-2017, 10:01
Oxunub: 2 256 Dünyanın ən gülünc məhkəmə qərarıİtaliyanın paytaxtı Romadakı Şəhər Məclisi romalı şair Ovidiyə bəraət verib.

İtaliyanın paytaxtı Romadakı Şəhər Məclisi romalı şair Ovidiyə bəraət verib.
Publika.az xəbər verir ki, məclis 2 min il öncə imperator Avqustun latın ədəbiyyatının ən önəmli şairlərindən olan Ovidiyə verdiyi sürgün cəzasını ləğv edib.
Sürgün cəzasının ləğvi Şəhər Məclisindəki müxalif “5 ulduz hərəkatı” tərəfindən təklif edilib.
Ovidi Vergili və Horati ilə birgə Romanın ən güclü 3 şairindən biri olub. O, miladdan sonra 8-ci əsrdə müasir Rumınyanın sərhədləri daxilində olan Köstəncəyə sürgün edilib. Şair bu qərardan sonra 9 il sürgün həyatı yaşayıb və orada da ölüb.
O, dünyanın əmələ gəlməsini izah etdiyi 15 cildlik “Metomorfozlar” və “Eşq sənəti” kimi kitabları ilə tanınıb. Ovidinin “Hero və Leonardo” adlı şeiri İstanbulun məşhur Qız qalası ilə bağlı bilinən ən qədim əsər kimi qəbul edilib