loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir

Lənkəranda “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilirLənkəranda Azərbaycanda ilk dəfə "Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilir

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Xatirə Parkında keçirilən festivalda "Çayımızın adı var”, "Süfrələrin bəzəyi Lənkəranın düyüsü”, "Lənkəranın şirnisi - ağız dadımız”, "Gözəlliyi damla-damla topladıq”, "Yeni Lənkəran tikmək üçün”, "Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlarda cənub zonasının nemətləri sərgilənir.

Festival iştirakçıları Lənkəranda yaşıl çay yarpağının dərimindən tutmuş ayrı-ayrı müəssisələrdə istehsal edilən növbənöv quru çaylarla tanış olmaq, əsl təbii çayın dəmlənmə qaydasını öyrənmək, yüksəkkeyfiyyətli yerli sortlardan olan "Haşimi”, "Sədri”, "Campo” düyülərindən bişirilən 50 növdən çox plov, eyni zamanda, Lənkəran mətbəxinin ləziz təamlarından - quş, balıq ləvəngisindən hazırlanan xörəklərdən dadmaq imkanı əldə ediblər.

Park boyu açılan pavilyonlarda Lənkəranda istehsal olunan digər məhsullar, xalq sənətkarlığı nümunələri də sərgilənir.

Festivalın sonunda tanınmış incəsənət ustaları bayram konserti ilə çıxış edəcəklər.
Bolgexeber.com
Bölmə: Bölgə | 19 dekabr 2017 13:24 | Baxış sayı: 90





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: