BolgeXeber.Com » Dünya » Məmurların olduğu təyyarə qəzaya uğradı - 4 nəfə ölüb(VİDEO)

Məmurların olduğu təyyarə qəzaya uğradı - 4 nəfə ölüb(VİDEO)

19-12-2017, 16:52
Oxunub: 3 125 Məmurların olduğu təyyarə qəzaya uğradı - 4 nəfə ölüb(VİDEO)Rusiyada Naryan-Mar ərazisində An-2 tipli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər, o cümlədən bir qadın və uşaq həlak olub

Axar.az xəbər verir ki, təyyarənin göyərtəsində 13 sərnişinin olduğu bildirilib.

Naryan-Mar-Xaruta marşrutu ilə hərəkət edən An-2 təyyarəsi, ilkin məlumatlara görə, havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə iki pilotla yanaşı, Daxili İşlər Nazirliyinin Nenets muxtar dairəsi idarəsinin əməkdaşları, o cümlədən NAO Kənd Təsərrüfatı Departamentinin rəhbəri Sergey Andriyanov olub.

Nenets şəhər xəstəxanasına 11 nəfər yaralı vəziyyətdə çatdırılıb.

Bütün təcili xidmət briqadaları hadisə yerinə cəlb olunub.