Azərbaycan manatının ikinci devalvasiyasından 2 il ötüb
21-12-2017, 12:29
Oxunub: 2 690
Azərbaycanın milli valyutası - manatın 2015-ci il dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından iki il ötüb
Həmin gün ölkə ABŞ dollarının rəsmi məzənnəsi 1,0499 AZN/USD səviyyəsindən 47,6% artımla 1,55 AZN/USD-yə yüksəlib. "Report" xəbər verir ki, buna səbəb qlobal bazarda neft qiymətlərinin 27 dollar/barelə qədər geriləməsi amili olub.
İkinci devalvasiyadan sonra manatın ucuzlaşması davam edib və 2017-ci il fevralın 1-də məzənnə 1,92 AZN/USD səviyyəsinə çatıb. Bununla da manatın məzənnəsi ilk devalvasiya (21.02.2015-ci il) nəzərə alınmaqla 144%, ikinci devalvasiyadan sonra isə 83% ucuzlaşıb.
Xatırladaq ki, Azərbaycan manatının ilk devalvasiyası zamanı dolların rəsmi məzənnəsi 33,6% artırılaraq 0,7862 AZN/USD səviyyəsindən 1,05 AZN/USD-yə yüksəlib. Buna səbəb isə, neft qiymətlərinin 120 dollar/bareldən 60 dollar/barelə qədər azalması olub.
2017-ci ilin əvvəlindən qlobal neft bazarında OPEC və ona üzv olmayan ölkələrin səyi nəticəsində sabitlik bərpa olunub və qiymətlərdə yüksəliş başlayıb. Neft qiymətləri 27 dollar/bareldən 2,4 dəfə artaraq 65 dollar/barelə çatıb. Nəticədə, Azərbaycanda dolların məzənnəsi fevralın 1-dən etibarən azalmağa başlayıb və 11,5% azalaraq bu günə 1,7001 AZN/USD-yə geriləyib. Bu gün rəsmi məzənnə ilk devalvasiyadan əvvəlki dövrlə müqayisədə 116% yuxarıdır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə