BolgeXeber.Com » Şou-Biznes » "Normal dəyərləri olan ailə Təranə ilə Musanı toyuna çağırmaz"

"Normal dəyərləri olan ailə Təranə ilə Musanı toyuna çağırmaz"

21-12-2017, 12:35
Oxunub: 3 594 "Normal dəyərləri olan ailə Təranə ilə Musanı toyuna çağırmaz"Müğənni Nazəninlə həmkarı Təranə Qumral arasında qalmaqal səngimək bilmir

AZXEBER.COM-a danışan müğənni Nazənin qarşı tərəfi sərt ittiham edib: "Mən şir bürcündənəm. Kimsə mənə dəydisə, onu elə günə salıram ki. Mənim güclü fanat ordum var. Mənə atılan şər-böhtanı həm də fanatlarıma qarşı hörmətsizlik kimi qəbul edirəm. Ona görə də qarşı tərəf məndən üzr istəməlidir. O cəriməni ödəməklə elə məndən üzrünü də istəmiş oldu. O adam mənim yoldaşımdan əl çəkmir. Mənim ailəmdən, doğma elimdən, sevənlərimdən üzr istəsin.”

Nazənin Təranə-Musa cütlüyü haqda deyib: "Mən danışmadıqca o insanların fikrini dağıdır. Dünya dağılsa da, bizim barışığınız baş tuta bilməz. Mən getdiyim yerdə onu görmək istəmirəm. Məni toya dəvət edən ailələr onu dəvət etmir. Normal dəyərləri olan ailə Təranə ilə Musanı ailə məclisində görmək istəmir. Heç kəs istəməz ki, elə bir cütlük ailə məclisinə gəlsin. Yanında ər ola-ola xəyanət edən birisini heç kim ailəsinə yaxın buraxmaz"