BolgeXeber.Com » Xəbərlər » Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Foto

Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Foto

21-12-2017, 14:14
Oxunub: 3 726 Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - FotoPolisə zəng edən naməlum şəxs Bakı Dəmir Yolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib

Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.
Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Foto
Bakı Dəmir Yolu Vağzalında bomba həyəcanı - Foto