BolgeXeber.Com » Xəbərlər » Azərbaycan pasportu daşıyan müəmmalı mafioz Avstriyada tutuldu

Azərbaycan pasportu daşıyan müəmmalı mafioz Avstriyada tutuldu

21-12-2017, 15:30
Oxunub: 1 942 Azərbaycan pasportu daşıyan müəmmalı mafioz Avstriyada tutulduAvstriyada Rusiyanın təlimatı ilə dünyan ən iri və kölgə bankirlərindən biri həbs olunub

Avropa.info xəbər verir ki, son zamanlar bu adam Ruslan Barkovski adı ilə tanınırdı. Əməliyyatçılar bu adamın əlindən yüz milyardlarla rublun keçdiyini hesab edirlər. Pullar Master-bank vasitəsilə “yuyulur” və nağda çevrilirmiş. Lakin həmin şəxsi başqa işə görə saxlayıblar. İstintaq hesab edir ki, Barkovski Çeçenistan dövlət başçısının Ukraynada sabiq nümayəndəsi Ramzan Sitsulayevin adam oğurluğunda həmkarı olub.

Hüquq-mühafizə orqanlarının “Rosbalt”a verdiyi məlumata görə Barkovskini “kabus adam” saymaq olar. Onun hansı familiya altında doğulduğu tam məlum deyil: Rusiyada ilk dəfə o, 1990-cı ildə Zaur Balayev adı ilə ortaya çıxıb. Sonra isə məlumatlarını Ruslan Barkovski adına dəyişdirib. Lakin öz hesabında başqa familiyalarla pasportları olub. Özü də bu sənədlər müxtəlif ölkələrə aiddir. Barkovski-Balayevin Rusiya, Ukrayna, Azərbaycan və İspaniya vətəndaşlığının həqiqi olduğunu göstərən pasportları var. Belə zəngin sənəd yığını olan kölgə adam daim dünyanın bir nöqtəsindən o biri nöqtəsinə gedib.

Ən çox qaldığı yer isə xeyli sayda daşınmaz əmlakının olduğu İspaniya olub. Barkovski on milyonlarla kapitalı olan çox varlı adam sayılır. O, gah Almaniyada, İsveçrədə, gah da Fransada ya da Avstriyada tez-tez üzə çıxırmış. Sonuncu ölkədə isə o, Rusiyanın təlimatı ilə saxlanılıb. Ekstradisiya ilə bağlı məsələlər həll olunanadək heç yerə getməmək barədə ondan iltizam alınıb.

Balayev-Barkovski onlarla kriminal hadisədə iz qoyub. O, Moskva regionunda, Omsk vilayətində, Rusiyanın cənubunda iri müəssisələrin reyder yolu ilə ələ keçirilməsində iştirak edib. O, hər zmana kriminal aləmin nümayəndələri sıx əlaqələr saxlayıb. Bu səbəbdən reket, adam oğurluğu və daha ağır cinayətlərdə iştirakı ola bilər.

Onun familiyası Rusiyanın Murmansk vilayətində üç adamın güllələnməsində çəkilir. Bu “razborka” qeyri-leqal maliyyə xidmətlərinin göstərildiyi bazarla bağlı olub.