BolgeXeber.Com » Gündəm » Bakının mərkəzində avtomobil DYP əməkdaşını vurdu - FOTO

Bakının mərkəzində avtomobil DYP əməkdaşını vurdu - FOTO

23-07-2010, 10:50
Oxunub: 7 381
Bakının mərkəzində ağır yol qəzası baş verib.

“Bolgexeber.com” un APA-ya istinadən verdiyi məlumata görə, hadisə Hökumət Evinin qarşısında qeydə alınıb.

Sürücüsü hələ müəyyənləşməmiş “KİA” markalı maşın Dövlət Yol Polisinə məxsus motosikletlə toqquşub. Qəza nəticəsində DYP əməkdaşı ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, DYP əməkdaşı “KİA” markalı avtomobilin sürücüsünə maşını saxlamağa göstəriş versə də, sürücü polisə məhəl qoymadan avtomobili sürüb getmək istəyərkən qəza törədib.

Faktla bağlı araşdırma aparılır.