BolgeXeber.Com » Xəbərlər » Vağzala bomba qoyulması məlumatı yalan çıxdı - Axtarışlar başa çatdı

Vağzala bomba qoyulması məlumatı yalan çıxdı - Axtarışlar başa çatdı

21-12-2017, 17:38
Oxunub: 2 000 Vağzala bomba qoyulması məlumatı yalan çıxdı - Axtarışlar başa çatdıBakı Dəmir Yolu Vağzalına bomba qoyulması məlumatı yanlışdır

Trend-in mıəlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Onun sözlərinə görə, daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının Bakı Dəmir Yolu Vağzalında apardığı axtarışlar başa çatıb: "Axtarışlar nəticəsində məlum oldu ki, daxil olan məlumat yanlışdır. Heç bir partlayıcı maddə tapılmayıb. Vağzalda bilet satışı da, digər bütün işlər də bərpa olunub, iş rejimi normal qaydada davam edir"