BolgeXeber.Com » Xəbərlər » Reklam 200 il öncə ABŞ- da deyil, 900 il öncə Şərqdə yaranıb

Reklam 200 il öncə ABŞ- da deyil, 900 il öncə Şərqdə yaranıb

22-12-2017, 13:10
Oxunub: 1 975 Reklam 200 il öncə ABŞ- da deyil, 900 il öncə Şərqdə yaranıbBildiyimiz kimi, müasir reklamın tarixi kökü ABŞ-da başlamış, 150-200 illik bir tarixə malikdir

O vaxtlar şəhər mühitində tətbiq olunan reklamlar burjua elementi kimi qəbul olunmuş və kapitalizmin inkişafında böyük rolu olmuşdur. Kapitalizmə yeni qədəm qoymuş Rusiyada və xüsusilə də Bakıda bu sahə daha intensiv olaraq insan həyatına daxil olmuşdur. O dövrdə Rusiyada və Azərbaycanda reklam plakat mənasında göstərilirdi.

Plakat ( fransız sözü olub- elan, afişa deməkdir) artıq o dövr insanlarının həyatında istehsalçı – istehlakçı münasibətlərinin qurulmasında və şəhər mühitində məhsul və fəaliyyət haqqında informasiyanın çatdırılmasında böyük rol oynayırdı. Plakatların reklam vasitəsi kimi tətbiqi çox çeşidliliyi mətbəələrin və şrift mədəniyyətinin yüksəlməsinə, reklam qrafikasının təkmilləşməsinə gətirib çıxarırdı. Belə bir şəraitdə də ölkəmizdə reklam bazarının ilkin forması formalaşmağa başlamışdı.

Lakin ümumiyyətlə, Şərqdə reklamın və reklamçılığın tarixi daha qədimdir. Bəlkə də hər kəsin yaxşı bildiyi bir Molla Nəsrəddin lətifəsi var. Molla Nəsrəddin eşşəyini bazara satmağa çıxarır və bu işi dəllala həvalə edir. Dəllal Molla Nəsrədiinin qoca və tənbəl eşşəyini o qədər tərifləyir ki, müştərilərin sayı çoxaldıqca Molla Nəsrəddin eşşəyini satmaqdan vaz keçir, “belə yaxşı eşşək niyə özgəsinə qismət olsun”, deyib, ulağını dəllalın əlindən alır. Nəzərə alınsa ki, Molla Nəsrəddin 1200-ci illərdə yaşayıb və dəllalıq sənəti hələ buna qədər də mövcud olub demək ki, reklamçılığın tarixi daha qədimlərə gedib çıxır. Çünki dəllalıq sənəti elə lap qədimlərdən reklamçı, makler vəzifələrini həyata keçirirdi.