BolgeXeber.Com » Xəbərlər » Eldar Sultanov: “Göyçayda məktəb direktorunun intihara cəhdinin səbəbləri araşdırılacaq”

Eldar Sultanov: “Göyçayda məktəb direktorunun intihara cəhdinin səbəbləri araşdırılacaq”

22-12-2017, 16:36
Oxunub: 1 916 Eldar Sultanov: “Göyçayda məktəb direktorunun intihara cəhdinin səbəbləri araşdırılacaq”Göyçayda məktəb direktorunun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılacaq.

Qeyd edək ki, Göyçay şəhər 9 saylı orta məktəbin direktoru, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan itirməsi səbəbindən huşunu itirən Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.