BolgeXeber.Com » Xəbərlər » Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar - “İsayam” deyib küçədə qaçırmış...
Özünü yandıran meyxanaçıyla bağlı ilginc faktlar - “İsayam” deyib küçədə qaçırmış...
22-12-2017, 18:02
Oxunub: 1 706
Bu gün özünü yandıran tanınmış meyxanaçı Şaban Neftçalalının (Hüseynov Şaban Gülmirzə oğlu) 3 il əvvəl evdən qaçdığı ortaya çıxıb
Elə həmin il ailəsi, xanımı ATV kanalında yayımlanan "Öz aramızda” verilişinə müraciət edib. Proqramın komandası axtarışda olan şəxsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında taparaq ailəsi ilə qovuşdurub.
Bolgexeber.com xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi görüntülərdə Şaban Hüseynov hər kəsi təəccübləndirən açıqlama verib. O, İsa peyğəmbər olduğunu deyərək küçədə yarıçılpaq gəzib.Həmin sujetdə meyxanaçı özü də danışıb:
"11 gündür ki, evdən çıxmışam. Həyat yoldaşı, ata kimi işə yaramadığıma görə evdən çıxdım. Məndə belə bir şey daha əvvəl olmuşdu, indi sakitləşmişəm. Uşağım üçün darıxmışam. Qızım Aişənin 3 yaşı var. Küçəyə çıxdım, bir-iki möcüzələrlə rastlaşdım. Getdim o möcüzələrin arxasıyla…Heç kim mənə inanmadı. İsa peyğəmbərəm dedim, əlimə hasa götürdüm.
Ayaqyalın lüt bədənlə düşdüm şəhərin canına. Deyirdim ki, İsa gəlib İsa, əlimdə bir hasa! Söyməyə başladım. Polislər yaxınlaşdı, dedilər ki, İsa, səni tanıyıram. Məni bu xəstəxanaya gətirdilər. İndi özümü yaxşı hiss edirəm. Anama demək istəyirəm ki, kaş məni dünyaya gətirməyərdi. Anam, ölmək istəyirəm”.
Daha sonra çəkiliş heyəti 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında Şabanı ailəsi görüşdürüb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər