BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilmiş prezidentini təbrik edib

22-12-2017, 18:36
Oxunub: 1 883 Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilmiş prezidentini təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çili Respublikasının yeni seçilmiş Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb

Bolgexeber.com-un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Pinyera,

Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.