BolgeXeber.Com » İqtisadiyyat » Hesablama Palatası dövlət sirlərini əldə edə biləcək

Hesablama Palatası dövlət sirlərini əldə edə biləcək

23-12-2017, 12:25
Oxunub: 2 694 Hesablama Palatası dövlət sirlərini əldə edə biləcəkHesablama Palatası dövlət sirri hesab edilən və kommersiya sirrini təşkil edən məlumatları əldə edə biləcək

Modern.az-ın məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Belə ki, yeni qanun layihəsinin 8-ci maddəsinin ( Hesablama Palatasının hüquqları) 8.0.7-ci bəndində göstərilib ki, dövlət sirri hesab edilən və kommersiya sirrini təşkil edən məlumatları əldə edir.

Qeyd edək ki, Milli Məclis dekabrın 15-də keçirdiyi iclasda qanun layihəsini təsdiq edib.