BolgeXeber.Com » Xəbərlər » Metroda DƏHŞƏTLİ ANLAR - Qatarın qarşısından tullandı - VİDEO

Metroda DƏHŞƏTLİ ANLAR - Qatarın qarşısından tullandı - VİDEO

23-12-2017, 15:49
Oxunub: 2 440 Metroda DƏHŞƏTLİ ANLAR - Qatarın qarşısından tullandı - VİDEOİngiltərə metrosunda dəhşətli anlar yaşanıb

Londonda qatar stansiyaya daxil olanda bir nəfər platformanın bir tərəfindən qarşı tərəfə tullanıb.

Adı açıqlanmayan bu şəxsin əvvəl də buna bənzər video çəkib paylaşdığı bildirilir. Lakin o zaman stansiya boş olub. Bu dəfə isə həyatını riskə ataraq qatarın qarşısından tullanıb.

Həmin anın görüntülərini kameraya çəkən şəxs sosial şəbəkədə paylaşıb. Lakin ona reaksiyalar çox kəskin olub, hətta bəziləri onu "axmaq” adlandırıb.

London nəqliyyat idarəsi hadisə ilə bağlı araşdırma aparır. Nəqliyyat rəsmisi Stev Burton bu hərəkəti ilə həmin şəxsin təkcə özünü deyil, digər sərnişinləri də riskə atdığını bildirib.

"Bu heç də normal qarşılanmayacaq hadisədir. Bu cür hallara qarşı polislə birlikdə mübarizə aparmağa çalışırıq”-deyə, açıqlamasında bildirib./publika.az