BolgeXeber.Com » Siyasət » Rusiya MSK müxalifət liderinin sənədlərini qəbul edib

Rusiya MSK müxalifət liderinin sənədlərini qəbul edib

25-12-2017, 14:19
Oxunub: 2 817 Rusiya MSK müxalifət liderinin sənədlərini qəbul edibRusiyanın Mərkəzi Seçki Komissiyası müalifət lideri Aleksey Navalnının prezidentliyə namizədliyini irəli sürmək üçün sənədlərini qəbul edib

Virtualaz.org “Life-Shot” telegram-kanalına istinadən xəbər verir ki, Navalnının namizədliyinin qeydə alınması böyük sual altındadır və bunun bir neçə səbəbi var.

Əvvəla, hazırda şərti cəza müddəti bitməmiş Navalnı bununla bağlı arayış təqdim etməyib. “Həmin arayış lazım deyil. Konstitusiyanın 32-ci maddəsinə əsasən, şəxs həbsxanada deyilsə və fəaliyyə qabiliyyətlidirsə, seçkilərdə iştirak edə bilər”, – A.Navalnı bildirib.

Daha bir səbəb kimi müxalifətçinin namizəd kimi irəli sürüldüyü toplantının notariusun iştirakı olmadan keçirildiyi göstərilir.

Maraqlıdır ki, bir müddət öncə MSK sədri Ella Pamfilova müxalifət liderinin mühakimə olunduğu üçün namizəıdliyini irəli sürə bilməyəcəyini demişdi.