BolgeXeber.Com » Xəbərlər » Jurnalistin atasını öldürən AZAL əməkdaşı həbs edilmədi - HÖKM

Jurnalistin atasını öldürən AZAL əməkdaşı həbs edilmədi - HÖKM

25-12-2017, 14:29
Oxunub: 1 103 Jurnalistin atasını öldürən AZAL əməkdaşı həbs edilmədi - HÖKMİmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib

Bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib

Lent.az-ın məlumatına görə, Nərimanov rayon məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimin hökmünə əsasən Seymur Qarayev 4 il 11 ay 28 müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

Belə ki, Seymur Qarayev həbs edilməyib. O, cəzasının məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

Jurnalist İmdad Əlizadənin 166 min manat mülki iddiası qismən təmin edilib. Hakimin hökmünə qeyd edilib ki, maddi ziyana görə 20 min manat, mənəvi zərərə görə isə 3 min manat təqsirləndirilən şəxsdən tutularaq İmdad Əlizadəyə verilsin.

İmdad Əlizadə məhkəmənin hökmü ilə razı olmadığını və apellyasiya şikayəti verəcəyini bildirib

Xatırladaq ki, ötən proses prokuror çıxış edərək S. Qarayevin 3 il sürücülükdən məhrum olunmaqla 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini, zərərçəkmiş şəxslərin mülki iddiasının təmin olunması istəyib.

Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümumi rejimdə çəkməsini istəmişdi.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Onu da qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə "Avrasiya Hospital"ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Xatırladaq ki, Ə.Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biri olub. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Ə.Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Ə.Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən "54 gün mühasirədə” adlı sənədli film çəkilib. O, həmçinin "54 gün erməni mühasirəsində” kitabının müəllifidir. Ə.Əliyev altı övlad böyüdüb. Tanınmış jurnalist İmdad Əlizadənin atasıdır.