BolgeXeber.Com » Xəbərlər » Prezident yeni agentlik yaradıb sədr təyin etdi – FOTO

Prezident yeni agentlik yaradıb sədr təyin etdi – FOTO

25-12-2017, 19:41
Oxunub: 1 706 Prezident yeni agentlik yaradıb sədr təyin etdi – FOTOPrezident İlham Əliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib

Bolgexeber.com-un məlumatına görə, dövlət başçısının müvafiq sərəncamına əsasən, Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu il noyabrın 13-də prezidentin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi təsis olunub.

Qoşqar Təhməzli kimdir?

Qoşqar Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunu olan Q. Təhməzli Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Yeni Agentliyin sədri 2006-cı ildə fəaliyyətə başlamış “Medeks” şirkətinin rəhbəridir. O, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bu il iyunun 16-da prezidentin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident yeni agentlik yaradıb sədr təyin etdi – FOTO