BolgeXeber.Com » Ölkə » Ramil Usubov həbs edilən polkovniki 6 ay öncə işdən çıxarıb

Ramil Usubov həbs edilən polkovniki 6 ay öncə işdən çıxarıb

26-12-2017, 10:17
Oxunub: 2 743 Ramil Usubov həbs edilən polkovniki 6 ay öncə işdən çıxarıbDaxili İşlər Nazirliyinin Mətbuat Xidməti mediada polis rəisinin həbs edilməsi barədə yazılan xəbərlərə münasibət bildirib

Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Natiq Cavadov Modern.az-a deyib ki, qeyd edilən yazılarda adıçəkilən Fərhad Məmmədxanov daxili işlər orqanlarının əməkdaşı deyil:


“Həmin xəbərlərdə polis polkovniki kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub”.

DİN rəmisi bildirib ki, həmin şəxs təxminən 6 ay əvvəl - bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.