BolgeXeber.Com » Gündəm » Fazil Məmmədovun yüksək vəzifəli yeznəsi işdən çıxarıldı

Fazil Məmmədovun yüksək vəzifəli yeznəsi işdən çıxarıldı

26-12-2017, 11:03
Oxunub: 2 876 Fazil Məmmədovun yüksək vəzifəli yeznəsi işdən çıxarıldıKeçmiş vergilər naziri Fazil Məmmədovun Vergilər Nazirliyində yüksək vəzifə tutan yeznəsi işdən çıxarılıb

Modern.az-ın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən həftə vəzifəsindən kənarlaşdırılıb.

Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvələr Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.