14 yaşlı Leylanın müəmmalı ölümü: - "AİLƏNİN DƏ, MƏKTƏBİN DƏ GÖZÜ İDİ"
26-12-2017, 12:13
Oxunub: 2 700
Sabirabad rayonunda 14 yaşlı qızın dərmandan zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb
Sabirabad rayon Prokurorluğundan Lent.az-a bildirilib ki, Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Şövqi qızı Gözəlovanın ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.
İlkin araşdırmalar zamanı məlum olub ki, 14 yaşlı Leyla evdə olarkən təzyiq salmaq üçün istifadə edilən dərman həbləri qəbul edib. Onun səhhətində daha əvvəl ciddi problem olmayıb.
Leyla Gözəlovanın təhsil aldığı Mürsəlli kənd orta məktəbinin direktoru Əhəd Şükürov Lent.az-a bildirib ki, o, ziyalı ailədə böyüyüb və əlaçı olub: “Leyla ailənin də, məktəbin də gözü idi. Çox tərbiyəli, nizam-intizamlı şagird idi, davamiyyəti əla idi. Onun hansı səbəbdən vəfat etməsi hamımıza qaranlıqdır. Məktəblə, dərsləri ilə bağlı bugünədək şikayəti olmayıb. Müəllimlərini harada görürdüsə, ədəblə salam verib keçərdi”.
Qeyd edək ki, Leyla Gözəlova ailənin 3 övladından ortancılı olub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə