BolgeXeber.Com » Dünya » Ərdoğanı həyacanlandıran o şəxs danışdı - "Mən istəyirdim ki..." - VİDEO

Ərdoğanı həyacanlandıran o şəxs danışdı - "Mən istəyirdim ki..." - VİDEO

26-12-2017, 13:11
Oxunub: 5 317 Ərdoğanı həyacanlandıran o şəxs danışdı - "Mən istəyirdim ki..." - VİDEORəcəb Tayyib Ərdoğan Şırnak konfransında çıxışının sonunda həyacanlı anlar yaşayıb

Missiya.Az xəbər verir ki, dövlət başçısı iştirakçılarla sağollaşan vaxt vətəndaşlardan biri anidən ona yaxınlaşaraq qucaqlamaq istəyib.

Bu zaman panika yaşanıb və həmin şəxs Türkiyə Prezidentinin mühafizəçiləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Son məlumatlara görə, sözügedən şəxsin Hüseyn Dəmircan adlı türk vətəndaşı olduğu məlum olub.
Polis bölməsində dindirilib evə buraxılan Dəmircan bu sözləri deyib:

“Mən şəhid yaxınıyam. Terror təşkilatı PKK tərəfindən bu günə qədər ailəmizdən 13 şəhid verilib. Şəhidlər arasında 2 qardaşım və 2 bacım var. Mən Prezidentimizi çox sevirəm. Dünən o səhnədə danışarkın qucaqlamaq üçün ora çıxdım, ancaq mühafizəçilər məni səhv anladı və səhnədən uzaqlaşdırdılar. Mənim pis niyyətim yoxdur, Belə bir anlaşılmazlığa səbəb olmaq istəməzdim”.