BolgeXeber.Com » Mədəniyyət » Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib

Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib

4-01-2018, 18:04
Oxunub: 6 430 Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilibBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edib

Bolgexeber.com xəbər verir ki,Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə start götürən silsilə tədbirlər Silahlı Qüvvələrimizin “N” nömrəli hərbi hissələrində davam edib. Tədbir proqramları tanınmış yerli mədəniyyət və incəsənət ustalarının iştirakı ilə baş tutub.

İdarənin Mingəçevir, Yevlax şəhər, o cümlədən Tərtər və Bərdə rayon nümayəndəliklərinin bədii özfəaliyyət ansambllarının, dərnəklərinin, uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb. Bu da öz növbəsində vətənpərvərlik hisslərini daha da alovlandıraraq bayrama rəngarənglik qatıb. Bundan başqa tədbirlərdə çıxış edənlər Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib. Cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.

Regional İdarənin Bərdə rayon nümayəndəliyinin tabeliyində olan şəhər 1, 4 nömrəli uşaq incəsənət, 2, 3 nömrəli uşaq musiqi və Divanlı, Kolayır, Kətəlparaq kənd uşaq musiqi məktəblərinin kollektivləri rayon ərazisində yerləşən hərbi hissələrdə bayram konsertləri ilə çıxış ediblər. Əsgər və zabit heyətini təbrik edən kollektivlər onlara bayram sovqatları paylayıblar. Təqdim olunan rəngarəng musiqi nömrələri isə hərbi qulluqçulara xoş bayram ovqat bəxş edib.

Regional İdarənin Tərtər rayon nümayəndəliyinin tabeliyində olan uşaq musiqi məktəblərinin, həmçinin rayon Mədəniyyət Mərkəzinin xalq çalğı alətləri ansamblı ön cəbhədə xidmət edən əsgər və zabit heyəti qarşısında konsert proqramları ilə çıxış ediblər. Maraq dolu anlarla yadda qalan konsertin sonunda hərbi hissə komandanlıqları qonaqlara əziz bayramı onlarla birgə qeyd etdiklərinə görə minnətdarlığını bildirib.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyi də hərbi hissələrdə bayram şənlikləri keçirib. Şəhər 1, 2 nömrəli uşaq musiqi, Malbinəsi, Aşağı Qarxun, Xaldan kənd, Aran qəsəbə uşaq musiqi məktəblərinin kollektivləri, şəhər Mədəniyyət Mərkəzi və onun filialları olan şəhər yaradıcılıq evinin özfəaliyyət kollektivləri tərəfindən təqdim edilən rəngarəng ədəbi-bədii musiqili proqramlar əsgərlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Səsləndirilən bir-birindən maraqlı şer və nəğmələr şəxsi heyətin ruh yüksəkliyin daha da artmasına səbəb olub. Yeni ilin atributları olan Şaxtababa və Qarqızın meydana çıxması isə tədbirin ahənginə yeni çalarlar gətirib. Sonda şəxsi heyətə bayram sovqatları paylanıb.

İdarənin Mingəçevir şəhər nümayəndəliyi də şəhər ərazisində yerləşən hərbi hissələrdə bayram konsertləri ilə çıxış ediblər. Bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri, rəqslər əsgər və zabit heyətinin zövqünə oxşayıb. Sonda Regional İdarə tərəfindən əsgərlərə bayram sovqatı təqdim olunub.

Sonda onu da qeyd edək ki göstərilən yüksək səviyyədə mədəni xidmətə görə hərbi hissə komandanlıqları regional idarənin rəhbərliyinə və əməkdaşlarına fəxri fərmanlar təqdim ediblər.
Bolgexeber.com
Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib
Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib
Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib
Bərdədə Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hərbi hissələrdə konsert proqramları təşkil edilib