BolgeXeber.Com » Xəbərlər » Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur

Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur

5-01-2018, 16:32
Oxunub: 2 239 Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunurQuba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur

Bu barədə Oxu.Az-a “Gilavar” Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların “Mi-17” təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.