BolgeXeber.Com » Xəbərlər » Saatlıda yol tikintisinə 700 min manat ayrılıb - SƏRƏNCAM

Saatlıda yol tikintisinə 700 min manat ayrılıb - SƏRƏNCAM

5-01-2018, 18:31
Oxunub: 1 801 Saatlıda yol tikintisinə 700 min manat ayrılıb - SƏRƏNCAMAzərbaycan prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Bolgexeber.com-un məlumatına görə, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.