BolgeXeber.Com » Dünya » İranda etirazlar davam edir: etirazçılar polisi qovur, ölənlər var

İranda etirazlar davam edir: etirazçılar polisi qovur, ölənlər var

5-01-2018, 18:37
Oxunub: 2 385 İranda etirazlar davam edir: etirazçılar polisi qovur, ölənlər varİran hakimiyyəti dekabrın 28-də başlayan və sürətlə ölkənin onlarla şəhərinə yayılan kütləvi etirazların yatırıldığını elan etsə də social şəbəkələrdə yayılan yeni görüntülərə əsasən etirazlar ötən gecə də davam edib

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gecə paytaxt Tehran və bir çox digər şəhərlərdə hakimiyyət əleydarları küçələrə çıxıblar. Məlumatlara görə İranın kürdlər yaşayan Sanandaj şəhərində etirazlar daha izdihamlı olub, təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib və ölənlər var.

Tehranda etirazçılar “Rədd olsun Xameneyi!”, “Ümidimiz referendumadır!” kimi şüarlarla hakimiyyətə qarşı çıxıblar, təhlükəsizlik qüvvələri etirazların böyüməsinə imkan verməyib. Şiraz şəhərində də nümayişçilərlə polis arasında toqquşmalar olub. Aksiya iştirakçıları şəhərin mərkəzi küçələrində tonqallar qalayıb, nəqliyyatın hərəkətini əngəlləyib.

Huzistan əyalətinin Dezful şəhərində də yüzlərlə etirazçı küçəyə çıxıb, nümayişçilərin bir polisi təkləyib necə qovduqlarını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Loristan əyalətində də küçələrə çıxanlar Xomeneyinin əleyhinə şüarlar səsləndiriblər.

Türkiyə sərhədlərin yaxın Urmiyə şəhərində də böyük izdiham küçələrə çıxaraq nümayiş keçirib. Həmin bölgədəki Kirmanşah şəhərində də etiraz aksiyaları olub. Həmədan şəhərindən yayılan görüntülərdə isə mülki geyimli “Bəsic” könüllülərinin nümayişçiləri əngəlləmək üçün küçədə hazır gözlədiklərini əks etdirir.

Habelə, bu günkü cümə namazının ardınca Tehran əyalətinin bütün şəhərlərində Cümə namazından sonra ölkədə baş verən son hadisələri qınamaq məqsədilə kütləvi aksiyalar keçirilib.

İştirakçılar son günlər bəzi şəhərlərdə asayişi pozaraq insanların malına ziyan vuran şəxslərin hərəkətlərini pisləyiblər. Yürüş paytaxt Tehranla yanaşı, əyalətin bir neçə şəhərində, o cümlədən Dəmavənd, Pərdisdə təşkil olunub. Əhali “Fitnə yaradanlara ölüm!”, “Amerikaya ölüm!” şüarları səsləndirib, iğtişaşçıların hərəkətlərini və əcnəbi ölkələrin müdaxilələrini qınayıblar.

Təbriz şəhərində də son hadisələr əleyhinə etiraz yürüşü təşkil olunub.