BolgeXeber.Com » Xəbərlər » “Azərsu”yun texnikası Xırdalanı qazsız qoydu

“Azərsu”yun texnikası Xırdalanı qazsız qoydu

6-01-2018, 10:02
Oxunub: 1 545 “Azərsu”yun texnikası Xırdalanı qazsız qoyduDünən axşam saatlarında "Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib

Bolgexeber.com xəbər verir ki, "Report”un sakinlərdən əldə etdiyi məlumata görə, hadisə nəticəsində Xırdalan şəhəri qazsız qalıb.

"Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir: "Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.

Qeyd edək ki, oxşar hadisə ötən il noyabrın 28-də də baş vermişdi. O zaman isə "Azəravtoyol"un işçilərinin səriştəsizliyi səbəbindən şəhərə elektrikin verilməsi dayandırılmışdı.