BolgeXeber.Com » İdman » Türkiyə futbol tarixinin ən bahalı transferi reallaşıb

Türkiyə futbol tarixinin ən bahalı transferi reallaşıb

6-01-2018, 11:43
Oxunub: 2 986 Türkiyə futbol tarixinin ən bahalı transferi reallaşıb“Beşiktaş”ın hücumçusu Cenk Tosun “Everton”a keçib

Apasport.az saytının məlumatına görə, gözlənilən transfer artıq rəsmiləşib. Türkiyə millisinin forvardı üçün Liverpul təmsilçisi “qara qartallar”a 28 milyon avro ödəyəcək. Futbolçu ilə 4.5 illik müqavilə imzalanıb ki, Cenk “Everton”da illik 4 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer türk futbol tarixinin ən bahalı keçidi olub. Mövsümün əvvəlində “Başakşehir”dən “Roma”ya keçən Cengiz Ünder üçün 15 milyon avro ödənmişdi.