“Siz “şparqalka”dan istifadə etməmisiz?” - Rektor əsəbiləşdi
6-01-2018, 11:56
Oxunub: 5 283
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva universitetin tələblərinin imtahanda hiyləyə əl atması ilə bağlı yayılan məlumatlara sərt reaksiya verib
Bolgexeber.com xəbər verir ki, Rektor “Qafqazinfo”ya açıqlamasında bildirib ki, universitetdə belə bir şey olmayıb:
“Bizim imtahanlarımız birinci gündən başlayacaq. Bu günə kimi cəmi iki imtahan olub. Nə oldu elə, iki imtahan olan kimi o saat nəsə yayıldı?! O başqa universitetlərə aid ola bilər. Bizdə belə bir şey yoxdur. Bilmirəm, bunu yalandan yazırlar yoxsa necə yazırlar?
Səhər tezdən zəng vurub deyirsiz ki, uşaqlar “şparqalka”dan istifadə edib. Böyük iş olub elə bil. İmtahanda uşaq “şparqalka”dan da istifadə edər, çıxış üçün yüz dənə yollar da tapar. Nə olsun? Siz oxuyanda “şparqalka”dan istifadə etməmisiniz? Özünüzdən əfsanə düzəltməyin. Elə şey olmayıb. Yox bir qələmlərin üstünə nəsə ediblərmiş. Guya, qələm sifariş ediblər üstünə “şparqalka” yazmağa. Siz də ki sensasiya axtarırsınız. Kim nə paylaşdı tutun yazın. Vəkillərin öz işləri qurtarıb elə bil. İndi də “şparqalka”dan yazmalıdırlar”.
Qeyd edək ki, vəkil Aqil Layıc sosial şəbəkədə universitetin Filologiya və Xarici dil Müəllimliyi Fakultəsinin tələbələri (rus bölməsi), Nizami Gəncəvinin yaradıcılığı mövzusunda keçirilən imtahanda cavabları qələmlərin üzərinə yazdığı barədə məlumat yayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər