loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İşıq pulu ödəməkdə PROBLEM: - “Azərişiq” etiraf edir, “gözləyin” deyir

İşıq pulu ödəməkdə PROBLEM: - “Azərişiq” etiraf edir, “gözləyin” deyir“Azəriqaz”da olduğu kimi istənilən ödəmə terminallarından istifadə olunmalıdır

"Azərişıq” abonentləri smart sayğaclara pul yükləyə bilməməkdən şikayətçidir. Yeni quraşdırılan smart sayğacların idarəetmə mexanizmi hələ ki, quraşdırılmayıb. Belə ki, bu sayğaclara pul yükləmək üçün abonentlər mütləq ərazi üzrə elektrik şəbəkəsinə getməlidirlər. Halbuki rahatlığın təmin olunması üçün müxtəlif tipli ödəmə aparatlarından istifadə edilməsi mümkündür. Abonentlər bununla bağlı narazılıqlarını ifadə edir və problem ciddidir. Abonentlərin sözlərinə görə, smart sayğaclara pul yükləmək üçün “Azəriqaz”da olduğu kimi istənilən ödəmə terminallarından istifadə olunmalıdır. Yəni, bunun mümkün variantları işlənib hazırlanmalıdır. Çünki hər dəfə işıq idarələrinə getmək həm vaxt alır, həm də işi çətinləşdirir.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev Cebhe.info-ya açıqlamasında bunu təsdiqləyib və deyib ki, aparat yalnız işıq idarələrində qoyulub, yükləmə də oradan həyata keçirlir:

“Problem yenidir. “Azərenerji”dən bizə təslim veriləndə idarələrdə və poçtlarda ödənilən smart sayğacların tamamilə konfiqurasiyasi dəyişdi. Onlar “Milliön” aparatlarda qaz pulu kimi ödəyə bilirlər. İndi bu, yeni nəsil sayğaclardır. O sayğacların isə inteqrasiyası hələ keçməyib. Ona görə də müvəqqəti olaraq rayon şöbələrində ödəniş həyata keçirilir. Amma bir müddətdən sonra onlar da “Milliön”a keçəcək. Hazırda Azərbaycanda 200 ədəd “Milliön” aparatı var. Yaxın vaxtlarda isə bu say 700-ə qaldırılmaqla, qazdakı kimi sayğaclara ödəmə tam rahat olacaq. Çünki bu, çox çətin və problemli bir işdir. Hər bir kartda işlənmə kiçik bir aparatın onun içinə daxil edilməsi deməkdir. Bu tamamlanmalıdır, oradakı məlumatlar sayğacın “beyninə” ötürülməlidir. Yenidən o məlumatı gətirib ödəmə sisteminə bərpa etməlidir. Problem müvəqqəti olaraq davam edir”.

Qurum rəsmisi qeyd edib ki, bir çox ərazilərdə ödəmə ilə əlaqədar ciddi problemlər vardı: “Ödəmə vaxtında olmurdu, ödəmə intizamı həddindən artıq aşağı idi. Ona görə də məsələni həll etmək üçün smart sayğaclar düzüldü, problem də avtomatik həll olunur. Xətlər də təzələnir. Problem kütləvi ola bilməz, fərdi qaydada abonentlərin şikayəti ola bilər. Yaxın vaxtlarda məsələ tamamilə həllini tapacaq”.
Bölmə: Sosial | 06 yanvar 2018 12:31 | Baxış sayı: 89





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: