BolgeXeber.Com » Xəbərlər » Bakıda sərnişin avtobusu dərəyə aşıb, 25 nəfər xəsarət alıb-VİDEO

Bakıda sərnişin avtobusu dərəyə aşıb, 25 nəfər xəsarət alıb-VİDEO

6-01-2018, 19:37
Oxunub: 1 953 Bakıda sərnişin avtobusu dərəyə aşıb, 25 nəfər xəsarət alıb-VİDEOBakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.

Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.