BolgeXeber.Com » İdman » "Real" "Selta" ilə oyunda üstünlüyü əldən verib

"Real" "Selta" ilə oyunda üstünlüyü əldən verib

8-01-2018, 09:50
Oxunub: 2 716 "Real" "Selta" ilə oyunda üstünlüyü əldən verib "Real" futbol üzrə İspaniya Primerosunun 18-ci turunda "Selta" üzərində qələbəni əldən verib

“Report” xəbər verir ki, Viqo şəhərinin "Balaidos" stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Madrid klubu Qaret Beylin vurduğu qollar sayəsində 2:1 irəlidə olsa da, üstünlüyünü sonadək qoruyub saxlaya bilməyib.

"Real" hazırda ehtiyatda bir oyunu olmaqla 32 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Barselona"dan 16 xal geri qalır. "Selta" 22 xal ilə 14-cüdür.

İspaniya Primerosu. 18-ci tur

"Selta" – "Real" - 2:2

Qollar: 1:0 – Vass – 33, 1:1 – Bgyl – 36, 1:2 – Bgyl – 38, 2:2 – Qomes – 82