BolgeXeber.Com » Analitika » Spirtli içkilər insanın DNT-ni dağıdır - Kembric Universiteti

Spirtli içkilər insanın DNT-ni dağıdır - Kembric Universiteti

8-01-2018, 12:13
Oxunub: 5 679 Spirtli içkilər insanın DNT-ni dağıdır - Kembric UniversitetiAlkoqol orqanizmdə qan yaradan kök hüceyrələrin DNT-ni zədələyir

Daha doğrusu, spirt özü deyil, onun maddələr mübadiləsi nəticəsində yaranan əlavə məhsulu - asetaldeqid maddəsi DNT-yə zərbə vurur.

Moderator.az xəbər verir ki, bu haqda “Science Alert” elmi nəşrində verilən məlumata görə, Kembric Universitetinin molekulyar biologiya laboratoriyasının alimləri belə nəticəyə gəlib.

Bir insan spirt içməyə başlayan zaman asetaldeqid hüceyrələrdə toplanmağa başlayır ki, bu da öz növbəsində DNT-də xərçəng törədə biləcək mutasiyaya - dəyişikliklərə gətirib çıxarır. Alimlər siçanlar üzərində apardıqları təcrübəyə əsasən bu qənaətə gəliblər.

Yeni Zellandiyanın Otaqo Universitetinin alimləri hələ 2016-cı ildə müəyyən etmişdilər ki, spirtli içkidən az və ya çox istifadə etmək nəticəni dəyişmir. Çünki spirtli içki az miqdarda qəbul edilsə belə, insan DNT-sində mutasiyalara səbəb olaraq xərçəng riskini artırır.