loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Buta” mebel mağazasında özbaşınalıq - GİLEY

“Buta” mebel mağazasında özbaşınalıq - GİLEY Şikayətçi deyir ki, mebel mağazasının rəhbərliyinə iradını bildirsə də, onun üzləşdiyi problemə biganə yanaşılıb, hətta ironik tərzdə bildirilib ki, ” get, hara istəyirsən şikayət et!

Azərbaycanın “Əməkdar jurnalist”i, Şəlalə Həsənova Azinforum.az İnformasiya Portalına verdiyi müsahibədə paytaxtın Yasamal rayonu ərazisindəki “Tri korona” kimi tanınan yaşayış kompleksinin birinci mərtəbəsində yerləşən və “Buta” adı ilə fəaliyyət göstərən mebel mağazası tərəfindən aldadıldığını bildirib. Şəlalə xanımın sözlərinə görə, o, sözügedən mebel mağazasından yataq dəsti alıb və sonra həmin mebelin yararsız vəziyyətdə olduğunu görüb. Şikayətçi deyir ki, mebel mağazasının rəhbərliyinə iradını bildirsə də, onun üzləşdiyi problemə biganə yanaşılıb, hətta ironik tərzdə bildirilib ki, ” get, hara istəyirsən şikayət et!”. “Əməkdar jurnalist” həmçinin bildirir ki, mağaza rəhbərliyi onların arxasında çox böyük adamların dayandığını, hətta müşətərilərə satıqları mallara görə çek vurmadıqlarına dair icazələrinin olduğunu da deyib(?).

Azinforum.az olaraq biz Şəlalə Həsənovanın səsləndirdiyi ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini öyrəndik. Mebel mağazasının Azər adlı müdiri saytımıza açıqlamasında Şəlalə xanımın onlardan mebel aldığını təsdiqlədi:

“Biz onlara yararlı mebel vermişik. Aparıb istifadə etdikdən sonra, mebel sınıb. Buna biz məsuliyyət daşımırıq. Bu barədə bizim Şəlalə xanımla ətraflı söhbətimiz olub. Əgər Şəlalə xanım iddialarını təsdiq edə bilərsə, mən onun bütün mənzilini pulsuz mebellə təchiz edəcəyimi sizə söz verirəm”.

Hər iki tərəfin ətraflı mövqeyilə aşağıda təqdim etdiyimiz videomaterialda tanış ola bilərsiniz.

Bölmə: Gündəm | 09 yanvar 2018 13:36 | Baxış sayı: 82





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: